Bakı. Trend:
"İrma" qasırğasının qurbanlarının sayı 22 nəfərə çatıb.
Trend-in "Associated Press"ə istinadən verdiyi məlumata görə, 11 nəfər Sen-Marten və Sen-Bartelmi adalarında, 8 nəfər Amerika və Britaniya Virgin adalarında, 14 nəfər isə Antiqua, Babur, Anqiliya və Barbadosda həlak olub.
Məlumata əsasən, ölənlərin sayı arta bilər.