Bakı. Trend:
Rusiya və Türkiyə S-400 zenit-raket sisteminin tədarükü haqqında saziş imzalayıblar.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib ki, buna görə Rusiya tərəfinə beh də verilib: "Mən və Putin bu mövzuda qərarlıyıq".
RF Prezidentinin hərbi-texniki əməkdaşlıq məsələləri üzrə köməkçisi Vladimir Kojin də tərəflər arasında saziş imzalandığını bildirib: "Hazırda razılaşma icraya hazırlanır".