...

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

Dünya xəbərləri Materials 25 Sentyabr 2017 21:42 (UTC +04:00)

Bakı. Trend:

Yunanıstanda akvalanqçı evli cütlüyün "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyi faciə ilə nəticələnib.

Trend-in məlumatına görə, Xalkidiki yaxınlığında suyadalma üzrə rekord vurmağa çalışarkən bolqarıstanlı qadın naməlum səbəblərdən vəfat edib.

Kişini isə xilas etmək mümkün olub, lakin o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, suyadalma üzrə rekord misirli Əhməd Camal Cəbrə məxsusdur. O, 2014-cü ildə Qırmızı dənizdə 332,35 metr dərinliyə 12 dəqiqə ərzində dalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti