...

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

Dünya xəbərləri Materials 26 Sentyabr 2017 20:58 (UTC +04:00)
Əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək.
İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

Bakı. Trend:

Əgər Ərbil üç gün ərzində hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməsə, Bağdad kürd muxtariyyəti ilə avia əlaqələri kəsəcək.

Trend-in məlumatına görə, bu barədə ölkənin nazirlər kabinetinin bəyanatında deyilir.

Bundan əvvəl İraqın nazirlər kabineti kürd muxtariyyətinin səlahiyyətlilərindən bölgənin bütün sərhəd məntəqələrinə, hava limanlarına nəzarəti İraq hökumətinə təhvil verməyi, xarici ölkələrdən isə muxtariyyətlə neft sahəsindəki əməkdaşlığı kəsməyi tələb etmişdi.

Qeyd edək ki, dünən İraqın Kürd muxtariyyətində müstəqillik barədə referendum keçirilib. Türkiyə və İraq referendumun qanunsuz olduğunu, nəticələrini tanımayacaqlarını bəyan ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti