Bakı. Trend:
Əfqanıstanın paytaxtı Kabildə hava limanına raket zərbələri endirilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd olunur ki, hava limanına və onun ətrafına 30-dək raket buraxılıb.
Bununla əlaqədar olaraq, hava limanında bütün reyslər ləğv olunub və təxliyə həyata keçirilib.
İlkin məlumatlara əsasən, zərbələrin hədəfi aeroportun yaxınlığında yerləşən NATO bazası olub.