Bakı. Trend:
Əfqanıstanın Qəndəhar vilayətinin Meyvənd rayonunda hərbi bazada iki avtomobil partlayıb.
Trend-in məlumatına görə, hadisə nəticəsində ən azı 40 hərbi qulluqçu həlak olub.
Yerli mətbuat hərbi bazaya iki terrorçu-intiharçının hücum etdiyini yazır.
Müdafiə Nazirliyi faktı təsdiq edib.