...

Türkiyə və ABŞ-ın müdafiə nazirləri regional məsələləri müzakirə edəcəklər

Dünya xəbərləri Materials 8 Noyabr 2017 11:43 (UTC +04:00)
Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ABŞ-ın müdafiə naziri Ceyms Mettislə regional məsələləri müzakirə edəcək.
Türkiyə və ABŞ-ın müdafiə nazirləri regional məsələləri müzakirə edəcəklər

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli ABŞ-ın müdafiə naziri Ceyms Mettislə regional məsələləri müzakirə edəcək. Bu barədə Trend-ə Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat veriblər.

Nazirlikdən deyilib ki, görüşdə Türkiyə və ABŞ-ın müdafiə nazirləri Suriya böhranının nizamlanması və terrorizmlə mübarizə yollarını müzakirə edəcəklər.

Qeyd olunub ki, nazirlərin görüşü NATO-nun Brüsseldə keçiriləcək toplantısı çərçivəsində baş tutacaq.

Həmçinin bildirilib ki, N.Canikli NATO-nun baş katibi Yens Stoltenberq və Almaniyanın müdafiə naziri Ursula fon der Leyenlə də görüşlər keçirəcək.

Qeyd edək ki, BMT-nin məlumatına əsasən Suriyada 2011-ci ilin martından davam edən silahlı münaqişə nəticəsində 500 mindən çox insan həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti