...

Hitleri "satan" keçmiş kral vəfat etdi

Dünya xəbərləri Materials 5 Dekabr 2017 17:28 (UTC +04:00)
Rumıniyann keçmiş kralı I Mixay İsveçrədəki iqamətgahında 96 yaşında vəfat edib
Hitleri "satan" keçmiş kral vəfat etdi

Bakı. Trend:

Rumıniyanın keçmiş kralı I Mixay İsveçrədəki iqamətgahında 96 yaşında vəfat edib.

Trend-in məlumatına görə, sabiq kral bir ildən çox idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, I Mixay Rumıniya İkinci Dünya Müharibəsində Hitler Almaniyasının müttəfiqi olarkən antifaşist koalisiyaya qoşularaq Almaniyaya müharibə elan etmişdi.

1947-ci ildə Rumıniyada monarxiya üsul-idarəsi ləğv olunduqdan sonra Mixay İsveçrəyə mühacirət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti