...

Səudiyyə Ərəbistanında qadınlara daha bir qadağa aradan qaldırılır

Dünya xəbərləri Materials 13 Dekabr 2017 17:51 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.
Səudiyyə Ərəbistanında qadınlara daha bir qadağa aradan qaldırılır

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib.

Trend-in məlumatına görə, təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.

Qeyd edək ki, bundan əvvəl oktyabrda Səudiyyə kralı qadınlara avtomobil idarə etməyə, həmçinin 2018-ci ildən stadionlarda idman tədbirlərinə tamaşa etməyə icazə verilməsi haqqında fərmanlar imzalamışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti