...

Əfqanıstanda 16 terrorçu məhv edilib

Dünya xəbərləri Materials 16 Dekabr 2017 21:10 (UTC +04:00)
Əfqanıstanın Kunar və Nanqahar əyalətlərində azı 16 "Taliban" və İŞİD terrorçusu məhv edilib
Əfqanıstanda 16 terrorçu məhv edilib

Bakı. Trend:

Əfqanıstanın Kunar və Nanqahar əyalətlərində azı 16 "Taliban" və İŞİD terrorçusu məhv edilib.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, 2 İŞİD üzvü NATO PUA-nın Nanqahar əyalətinə endirdiyi hava zərbəsi nəticəsində məhv edilib.

Nanqahar əyalətinin Hocani rayonunda keçirilən xüsusi əməliyyat zamanı 4 "Taliban" üzvü məhv edilib, 8-i isə yaralanıb.

Kunar əyalətinin Qazi Abad rayonunda terrorçuların hücumunun qarşısı alınarkən 10 "Taliban" terrorçusu məhv edilib.

Xəbər lenti

Xəbər lenti