...

Almaniyada güclü qar təyyarələri saxladı - 170 reys təxirə düşdü

Dünya xəbərləri Materials 18 Dekabr 2017 12:13 (UTC +04:00)
Almaniyanın Frankfurt beynəlxalq hava limanında güclü qar yağması ilə əlaqədar 170-ə yaxın reys təxirə salınıb
Almaniyada güclü qar təyyarələri saxladı - 170 reys təxirə düşdü

Bakı. Trend:

Almaniyanın Frankfurt beynəlxalq hava limanında güclü qar yağması ilə əlaqədar 170-ə yaxın reys təxirə salınıb.

Trend-in məlumatına görə, hava limanına daixl olan reyslər digər şəhərlərə yönləndirilib.

Qeyd olunur ki, Frankfurtdan Berlin, Hamburq, Münhen, Vyana, Budapeşt, Praqa və digər şəhərlər uçuşlar təxirə salınıb.

Hazırda Aeroport işçiləri iki uçuş-eniş zolğaında qarın təmizlənməsi işlərini həyata keçirilər. Uçuşların günorta saatlarınadək bərpa olunacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti