...

Eks-prezidenti həbsxana gözləyir - Partlayışa görə

Dünya xəbərləri Materials 22 Dekabr 2017 11:13 (UTC +04:00)
Argentina məhkəməsi eks-prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apelyasiya şikayətini təmin etməyib.
Eks-prezidenti həbsxana gözləyir - Partlayışa görə

Bakı. Trend:

Argentina məhkəməsi eks-prezident Kristina Fernandes de Kirşnerin vəkillərinin apelyasiya şikayətini təmin etməyib. Trend-in məlumatına görə, məhkəmə eks-prezidentin həbs edilməsi barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, eks-prezident 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzinin partladılması ilə bağlı istintaq işininin araşdırilmasına mane olmaqda ittiham olunur.

Bununla belə yuxarı instansiya məhkəmsi ona qarşı "vətənə xəyanət" ittihamı irəli sürülməsini məqbul saymayıb. Belə ki, bu maddənin yalnız "müharibə şəraitində" keçərli olduğu bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti