Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə parlamentində Avropadakı islamofobiyanın səbəbləri tədqiq olunacaq.
Trend-in məlumatına görə, bununla əlaqədar Türkiyə parlamentində alt komitə yaradılacaq.
Komitə üzvləri Almaniya, Avstriya, Fransa və Belçikada artmaqda olan islamofobiyanın səbəblərini araşdıracaq.
Bundan başqa, gələcəkdə bu ölkələrdə islamofobiyanın qurbanı olmuş müsəlmanlarla görüşlər keçirilməsi nəzərdə tutulur.