...

Nazir: "Zeytun budağı" YPG və PYD terrorçularının sonunun başlanğıcı olacaq

Dünya xəbərləri Materials 24 Yanvar 2018 10:23 (UTC +04:00)
"Zeytun budağı" YPG və PYD terrorçularının sonunun başlanğıcı olacaq.
Nazir: "Zeytun budağı" YPG və PYD terrorçularının sonunun başlanğıcı olacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında aparılan "Zeytun budağı" əməliyyatı YPG və PYD terror təşkilatlarının sonunun başlanğıcı olacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin milli müdafiə naziri Nurəddin Canikli bəyan edib.

Nazir bildirib ki, bu hərbi əməliyyat kürd xalqına qarşı deyil, bütün region üçün təhdid olan terrorçuların əleyhinə yönəlib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti