Bakı. Trend:
İranın ali rəhbəri Ayətullah Əli Xameneyinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi antiamerika alyansının yaradılmasını təklif edib.
Trend-in məlumatına görə, general Y.R.Səfəvi təklif edib ki, Rusiyanın iştirakı ilə ABŞ-a və onun regiondakı müttəfiqlərinə qarşı alyans formalaşdırılsın.
İslam İnqilabı Keşikçiləri Korpusunun sabiq komandanı rəsmi Vaşinqtonu İranı qorxutmağa cəhd etməkdə günahlandırıb:
"İranın Amerika alyansına müqavimət göstərmək üçün Rusiya, Suriya, Pakistan və İraqın da daxil olduğu regional koalisiya yaratması lazımdır".