...

İtaliyada sərnişin qatarı qəzaya uğradı - Ölənlər var

Dünya xəbərləri Materials 25 Yanvar 2018 11:55 (UTC +04:00)
İtaliyanın Milan şəhəri yaxınlığında sərnişin qatarı qəzaya uğrayıb.
İtaliyada sərnişin qatarı qəzaya uğradı - Ölənlər var

Bakı. Trend:

İtaliyanın Milan şəhəri yaxınlığında sərnişin qatarı qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza bir neçə vaqonun relsdən çıxması səbəbindən baş verib. Məlumata görə, insident nəticəsində azı 2 nəfər həlak olub, 5 nəfər xəsarət alıb.

Xəsarət alanların vəziyyətlərinin ağır olduğu bildirilir. Qəza qurbanların sayının arta biləcəyi istisna olunmur.

Qatarların hansı səbəbdən relsdən çıxması isə hələ məlum deyil. Hazırda qəza ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti