...

Çində 53 maşın toqquşdu

Dünya xəbərləri Materials 5 Fevral 2018 10:11 (UTC +04:00)
Çinin Yunnan vilayətində Kunmin-Çuçjou sürət şossesində 53 avtomobilin toqquşması ilə qəza baş verib
Çində 53 maşın toqquşdu

Bakı. Trend:

Səhər saatlarında Çinin Yunnan vilayətində Kunmin-Çuçjou sürət şossesində 53 avtomobilin toqquşması ilə qəza baş verib. Trend-in məlumatına görə, Sişan rayon administrasiyası qəza nəticəsində 4 nəfərin öldüyü barədə bildirib.

Məlumata görə, qəzaya səbəb hava şəraiti olub. Belə ki, gecə saatlarında həmin rayonda qar və yağışla müşayiət olunan mənfi temperatur müşahidə olunub, yollar buz bağlayıb.

Qəza nəticəsində yolda tıxac da yaranıb. Yerli orqanlar tixacda qalmış sürücü və sərnişinlərə yemək, su paylayıb.

Xəbər lenti

Xəbər lenti