...

"An-148" təyyarəsinin istismarı dayandırıldı - Qəzadan sonra

Dünya xəbərləri Materials 12 Fevral 2018 13:05 (UTC +04:00)
"An-148" təyyarəsinin istismarı dayandırıldı.
"An-148" təyyarəsinin istismarı dayandırıldı - Qəzadan sonra

Bakı. Trend:

"Saratov hava yolları" aviaşirkəti Moskva ətrafında "An-148" təyyarəsinin qəzaya uğramasından sonra bu növ hava gəmilərinin istismarını dayandırıb.

Trend-in məlumatına görə, aviadaşıyıcının parkında 6 ədəd "An-148-100" təyyarəsi var.

Qeyd edək ki, fevralın 11-də "Saratov hava yolları"na məxsus Moskva-Orsk reysini həyata keçirən "An-148" təyyarəsi qəzaya uğrayıb. Göyərtədə olan 71 nəfərin hamısı, o cümlədən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti