Bakı. Trend:
ABŞ-ın təzyiqi altında Qərb dövlətləri İranla əməkdaşlıqdan boyun qaçırarsa, Tehran nüvə proqramı ilə bağlı sazişdən çıxa bilər.
Trend-in məlumatına görə, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçı deyib.
Nazir müavini vurğulayıb ki, bu şərtlərdə sazişin icrası çox davam edə bilməz: "Bu cür nizamsız siyasət davam edərsə, əgər şirkətlər İranla işləməyəcəksə, biz bu sazişi icra edə bilməyəcəyik. Çünki bu, bizə sərf etməyəcək".