...

Türkiyədə yeni avtomobil tuneli açılacaq

Dünya xəbərləri Materials 2 Mart 2018 03:15 (UTC +04:00)
Türkiyənin şimal-şərqindəki Artvin vilayətində yeni avtomobil tuneli açılacaq
Türkiyədə yeni avtomobil tuneli açılacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şimal-şərqindəki Artvin vilayətində yeni avtomobil tuneli açılacaq.

Bu barədə Trend-ə Türkiyənin Nəqliyyat, Gəmiçilik və Rabitə nazirliyindən məlumat verilib.

Məlumata əsasən, “Cankurtaran” adlanan tunelin açılışı martın 1-i baş tutacaq.

Uzunluğu 5,9 kilometr təşkil edən tunelin tikintisi 2010-cu ildə başlayıb.

Qeyd edək ki, Türkiyədə 40 avtomobil və 3 dəmiryolu tuneli istifadəyə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti