Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Silahlı Qüvvələri (SQ) və Azad Suriya Ordusu Afrin bölgəsində Cinderes qəsəbəsinin böyük bir hissəsini terrorçulardan təmizləyib.
Trend-in məlumatına görə, hazırda qəsəbədə küçə döyüşləri gedir.
Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə aldığı deyilirdi.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.