...

Nyu-Yorkda helikopter qəzaya uğrayıb: 2 ölü

Dünya xəbərləri Materials 12 Mart 2018 05:14 (UTC +04:00)
ABŞ-ın Nyu-York şəhərində helikopter qəzaya uğrayıb
Nyu-Yorkda helikopter qəzaya uğrayıb: 2 ölü

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərində helikopter qəzaya uğrayıb.

Trend-in məlumatına görə, helikopter İst-River boğazına düşüb. Qəza nəticəsində azı 2 nəfər həlak olub.

Hazırda Manhetten və Lonq-Aylend adaları arasında yerləşən Ruzvelt adası yaxınlığında axtarış-xilasetmə işləri aparılır.

Şəhərin meri Bil de Blazio insident barədə məlumatlandırılıb.

Xəbər lenti

Xəbər lenti