Bakı. Trend:
Qəzza zolağında Fələstinin baş naziri Rami Hamdallanın kortejinin yaxınlığında partlayış törədilib.
Trend-in məlumatına görə, hadisə nəticəsində bir neçə nəfər yüngül xəsarətlər alıb.
Baş nazirin özü zərər çəkməyib. Partlayış baş nazirin avtomobili Qəzza zolağına daxil olduqdan qısa müddət sonra törədilib.
Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.