Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı zamanı terrorçularla döyüşlərdə 8 türk hərbçisi həlak olub.
Trend-in məlumatına görə, həmçinin döyüşlərdə "Azad Suriya Ordusu"nun 2 üzvü yaralanıb.
Yaralılar Kilis vilayətindəki hərbi-səhra hospitalına çatdırılıb.
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini tamamilə mühasirəyə alıblar.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.