Bakı. Rufiz Hafizoğlu - Trend:
Suriyanın Afrin bölgəsində aparılan "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 3530 nəfərə çatıb.
Trend-in məlumatına görə, zərərsizləşdirilən terrorçuların sayını Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı açıqlayıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə ordusu Afrin rayon mərkəzini tam mühasirəyə alıb.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.