...

Əfqanıstanda stadion ətrafında partlayış: ölənlər var

Dünya xəbərləri Materials 19 Mart 2018 15:18 (UTC +04:00)
Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub.
Əfqanıstanda stadion ətrafında partlayış: ölənlər var

Bakı. Trend:

Əfqanıstanın şərqində, Cəlalabad şəhərində partlayış olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər ölüb, 8-i xəsarət alıb. Onların arasında 5 uşaq da var. Yaralılar xəstəxanaya çatdırılıb.

İlkin məlumata əsasən, hadisəyə motosikletə yerləşdirilmiş partlayıcı qurğunun işə düşməsi səbəb olub.

Partlayış bir müddət əvvəl Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətiyarın tərəfdarları qarşısında çıxış etdiyi stadionun yaxınlığında baş verib.

İnsidentə görə hələ heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti