...

Türkiyə XİN: Mənbicin azad edilməsi məsələsini ABŞ-la müzakirə edəcəyik

Dünya xəbərləri Materials 28 Mart 2018 14:35 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoyun Vaşinqtona səfəri zamanı Suriyanın Mənbic şəhərinin PYD və YPG terrorçularından azad edilməsi məsələsi müzakirə ediləcək.

Trend bu barədə Türkiyə XİN-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, H.Aksoy martın 30-u ABŞ-a səfər edəcək.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Mənbicə doğru hərəkət etdiyini bildirmişdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Martın 27-i isə Təl-Rifat bölgəsi Türkiyə Silahlı Qüvvələri tərəfindən azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti