...

İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək

Dünya xəbərləri Materials 9 Aprel 2018 10:33 (UTC +04:00)
Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir.
İşdən sonra işçilərə zəng edən müdirlər cərimələnəcək

Bakı. Trend:

Nyu-York şəhər şurası iş saatlarından kənarda işçilərə zəng edən rəhbərlərin cərimələnməsi barədə qanun layihəsini nəzərdən keçirir.

Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, iş vaxtından sonra işçiyə zəng etməyə çalışan müdir 250 dollar məbləğində cərimələnə bilər.

İşdən sonra işçiyə zəng yalnız fors-major hallarda mümkün ola bilər. Bununla belə, qanun layihəsində qeyd olunur ki, zənglərin sayından asılı olmayaraq işçi telefonu açmamaq hüququna sahib olacaq.

Bu tədbir yalnız dövlət strukturlarının əməkdaşlarına şamil olunmayacaq.

Qeyd edək ki, bu cür qanun Fransada da qüvvədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti