Bakı. Trend:
Hindistanın İndor şəhərində dördmərtəbəli mehmanxana uçub.
Trend-in yerli "The Asian Age" qəzetinə istinadən verdiyi məlumata görə, binanın uçması nəticəsində 9 nəfər həlak olub, 10 nəfər xilas edilərək xəstəxanaya yerləşdirilib.
Şəhərin meri İndaur Malini Qaur bildirib ki, binanın dağıntıları altında insanların qaldığı ehtimal edilir. Axtarış-xilasetmə işləri davam etdirilir.
Binanın uçmasının səbəbi barədə məlumat verilmir.