...

Türkiyə SQ-dan yeni ƏMƏLİYYAT - Afrinin dağlarında

Dünya xəbərləri Materials 2 Aprel 2018 13:13 (UTC +04:00)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Hərbi-Hava Qüvvələri Suriyanın Afrin rayonu terrorçulardan azad edildikdən sonra dağlıq bölgələrdə gizlənən PYD və YPG silahlılarına qarşı əməliyyat keçirib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat verib.

Terrorçuların zərərsizləşdirilməsi bağlı əməliyyatlar Rajo yaşayış məntəqəsi yaxınlığında həyata keçirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti