Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Suriya torpaqlarını öz ərazisinə qatmağa hazırlaşmır.
Trend-in məlumatına görə, bunu Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ bəyan edib.
B.Bozdağ bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyada olması işğal anlamına gəlmir və təhlükəsizliyi təmin etməyə, terrorçuluqla mübarizəyə yönəlib:
"Rəsmi Ankara anlayır ki, Suriyada mövcud olan bir sıra problemlər yalnız siyasi yolla həll olunmalıdır".
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələrinin PYD, YPG və İŞİD terror qruplaşmalarına qarşı başladığı "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsi martın 18-də terrorçulardan azad olunub.