Bakı. Trend:
Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahına doğru yürüş ediblər.
Trend-in məlumatına görə, N.Paşinyan iqamətgahın qarşısına toplaşan etirazçıları binanı blokadaya almağı çağırıb.
Maraqlıdır ki, iqamətgahın qarşısında yalnız bir neçə polis əməkdaşı var.