...

Tailand çimərliyi akula hücumuna görə bağlandı

Dünya xəbərləri Materials 19 Aprel 2018 14:34 (UTC +04:00)
Tailandın Sai Noi əyalətinin çimərliyi akula hücumundan sonra bağlanıb.
Tailand çimərliyi akula hücumuna görə bağlandı

Bakı. Trend:

Tailandın Sai Noi əyalətinin çimərliyi akula hücumundan sonra bağlanıb.

Trend-in məlumatına görə, 54 yaşlı norveçli turist akulanın hücumuna məruz qalıb.

Ayağından ciddi zədə alan turist xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyəti sabit olaraq qiymətləndirilir.

Bölgə rəhbərliyi Sai Noi çimərliyini 20 gün müddətinə bağlayıb. Bu müddət ərzində çimərlik zonası qoruyucu torla əhatə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti