...

Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib

Dünya xəbərləri Materials 22 Aprel 2018 01:38 (UTC +04:00)
Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyası bazar günü dava edəcək
Ermənistan müxalifətinin lideri etirazların bazar günü davam edəcəyini bildirib

Bakı. Trend:

Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyası bazar günü dava edəcək.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu müxalif deputat, Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı keçirilən etiraz aksiyasının lideri Nikol Paşinyan ölkə prezidenti ilə görüşündən sonra bildirib.

N.Paşinyan deyib: "Sabah 11:00-da biz güclü aksiya keçirəcəyik ki, bizim danışıqlarda mövqeyimiz möhkəm olsun".

Xatırladaq ki, ötən gün Nikol Paşinyan Ermənistan prezidenti Armen Sarkisyanla görüşüb və daha sonra tərəfdarlarından hakimiyyətlə danışıqlar üçün ona səlahiyyətin verilməsini istəyib.

Qeyd edək ki, aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurmalar yaşanıb.

Xəbər lenti

Xəbər lenti