...

Türkyə Afrində uşaq xəstəxanası açıb

Dünya xəbərləri Materials 23 Aprel 2018 21:24 (UTC +04:00)
Türkyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb
Türkyə Afrində uşaq xəstəxanası açıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkyə Suriyanın Afrin rayonunda uşaq xəstəxanası açıb.

Trend bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat verir.

Qeyd olunur ki, xəstəxana Afrinin Candaris bölgəsində işə başlayıb. Bundan başqa, terrorçulardan azad edilmiş digər bölgələrdə də səyyar uşaq xəstəxanaları fəaliyyət göstərəcək.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə Silahlı Qüvvələri Afrində “Zeytun budağı” əməliyyatına başlamışdı. Əməliyyat nəticəsində Afrin mart ayının ortalarında azad edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti