...

Reuters: Torontoda mikroavtobusun insanların üzərinə sürülməsi terror aktı kimi nəzərdən keçirilir

Dünya xəbərləri Materials 24 Aprel 2018 03:19 (UTC +04:00)
İstintaq Torontoda mikroavtobusun insanların üzərinə sürülməsini terror aktı kimi nəzərdən keçirir
Reuters: Torontoda mikroavtobusun insanların üzərinə sürülməsi terror aktı kimi nəzərdən keçirilir

Bakı. Trend:

İstintaq Torontoda mikroavtobusun insanların üzərinə sürülməsini terror aktı kimi nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyinə ABŞ-ın xüsusi xidmət orqanlarından mənbə bildirib.

Mənbə qeyd edib ki, hələki insidentin adi yol qəzası olmasını təsdiqləyən əsaslar yoxdur.

Qeyd edək ki, Kanadanın Toronto şəhərində aprelin 23-ü yerli vaxtla saat 13:30-da naməluma şəxs mikroavtobusu piyadaların üzərinə sürüb. Hadisə nəticəsində 9 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Mikroavtobusun sürücüsü polislər tərəfindən saxlanılıb.

Xəbər lenti

Xəbər lenti