Bakı. Trend:
Nikaraqua sahillərində güclü zəlzələ baş verib. Trend-in məlumatına görə, ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,6 bal gücündə qeydə alındığını bildirib.
Zəlzələ Çinandeqa şəhərindən 68 kilometr məsafədə, yerin 47 kilometr dərinliyində baş verib.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.