...

Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır

Dünya xəbərləri Materials 29 Aprel 2018 19:37 (UTC +04:00)
Səudiyyə Ərəbistanının Gürcüstanda səfirliyi may ayında açılacaq
Səudiyyə Ərəbistanı Gürcüstanda səfirlik açır

Bakı. Trend:

Səudiyyə Ərəbistanının Gürcüstanda səfirliyi may ayında açılacaq.

Trend-in "apsny.ge"yə isitnadən verdiyi məlumata görə, bu barədə Gürcüstanın Səudiyyə Ərəbistanındakı səfirinin krallığın XİN nümayəndələri ilə görüşündə bildirilib.

Krallığın XİN-nin məlumatında deyilir: "Səudiyyə Ərəbistanı və Gürcüstan arasında mövcud münasibətləri və onların inkişafının istəyini əsas tutaraq 2018-ci ilin may ayında krallığın xarici işlər naziriliyi Gürcüstanın paytaxtı Tiflisdə səfirlik açmağa hazırlaşır".

Rəsmi Tiflis bu qərarı alqışlayıb. Gürcüstanın xarici işlər nazirliyindən bildiriblər ki, ölkə hakimiyyəti Səudiyyə Ərəbistanı ilə əməkdaşlığın fəallaşmasına böyük önəm verir.

Qeyd edək ki, hazırda Səudiyyə Ərəbistanının Gürcüstan səfirinin iqamətgahı Bakıda yerləşir.

Xəbər lenti

Xəbər lenti