Bakı. Trend:
Fransanın paytaxtı Parisdə 1 may nümayişləri zamanı 276 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, saxlanılan 276 nəfərdən 102-i barəsində həbs qətimkan tədbiri seçilib.
Parisdə keçirilən 1 may nümayişləri zamanı çoxsaylı iğtişaşlar baş verib. 31 mağaza dağıdılıb, onlarla avtomobil yandırılıb. 4 nəfərin xəsarət aldığı deyilir.