...

"Southwest Airlines" aviaşirkətinin təyyarəsi Ohayoda qəza enişi edib

Dünya xəbərləri Materials 2 May 2018 21:42 (UTC +04:00)
"Southwest Airlines" aviaşirkətinin təyyarəsi ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində qəza enişi edib.
"Southwest Airlines" aviaşirkətinin təyyarəsi Ohayoda qəza enişi edib

Bakı. Trend:

"Southwest Airlines" aviaşirkətinin təyyarəsi ABŞ-ın Ohayo ştatının Klivlend şəhərində qəza enişi edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, enişə səbəb təyyarənin illüminatorlarının birinin çatlaması olub.

Məlumata əsasən, 957 nömrəli reysi icra edən təyyarə Çikaqodan Nyu-Cersi ştatına yollanırdı. Təyyarə Klivlend aeroportunda texniki baxış üçün enmək məcburiyyətində qalıb.

Xəsarət alanlar barədə məlumat verilmir. Bəzi KİV-lərin yaydığı məlumata əsasən, təyyarənin 76 sərnişininə digər təyyarə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti