Bakı. Trend:
ABŞ-ın Qüdsdə səfirliyi planlaşdırıldığı kimi mayın 14-də açılacaq.
Trend-in məlumatına görə, bunu ABŞ administrasiyasının nümayəndəsi bildirib.
Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıyaraq ölkənin Təl-Əvivdəki səfriliyinin Qüdsə köçürülməsi barədə qərar vermişdi.