...

Türkiyə SQ İraqın şimalında PKK bazasına nəzarəti ələ alıb

Dünya xəbərləri Materials 7 İyun 2018 13:12 (UTC +04:00)
Türkiyə SQ İraqın şimalında PKK bazasına nəzarəti ələ alıb.
Türkiyə SQ İraqın şimalında PKK bazasına nəzarəti ələ alıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının İraqın şimalındakı düşərgələrindən biri - Avaşin rayonundakı düşərgədə nəzarəti ələ alıb.

Bu barədə Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir.

Avaşindəki düşərgənin tamamilə məhv edildiyi bildirilir.

Qeyd edək ki, ötən gün hakim Ədalət və İnkişaf Partiyasının İdarə heyətinin sədr müavini və mətbuat katibi Mahir Ünal Türkiyə SQ-nin İraqın şimalında irəlilədiyini və PKK-nın mövqeləri üzərində nəzarəti ələ aldığını bildirib.

Bundan əvvəl deyilirdi ki, İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyat çərçivəsində türk hərbçilər İraq ərazilərinin 73 km dərinliyinə irəliləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti