...

Parisdə girov götürülmüş insanlar azad edilib

Dünya xəbərləri Materials 12 İyun 2018 23:28 (UTC +04:00)
Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülmüş insanlar azad edilib
Parisdə girov götürülmüş insanlar azad edilib

Bakı. Trend:

Fransanın paytaxtı Parisdə silahlı şəxs tərəfindən girov götürülmüş insanlar azad edilib.

Trend-in məlumatına görə, bu barədə Fransanın daxili işlər naziri Jerar Kollon öz Twitter səhifəsində yazıb.

J.Kollon bildirib: "Silahlı şəxs saxlanılıb və girovlar azad edilib. Polis və xilasetmə xidmətlərinin sürət və peşəkarlığını alqışlayıram".

Qeyd edək ki, daha əvvəl bildirilirdi ki, Parisdə naməlum silahlı bir neçə nəfəri binada girov saxlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti