...

Ərdoğan: PKK-nın əsas liderləri məhv edilib

Dünya xəbərləri Materials 20 İyun 2018 16:50 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı apardığı əməliyyat çərçivəsində terror təşkilatının əsas lider tərkibi məhv edilib.
Ərdoğan: PKK-nın əsas liderləri məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK-ya qarşı apardığı əməliyyat çərçivəsində terror təşkilatının əsas lider tərkibi məhv edilib.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı deyib ki, İraqın şimalında PKK terrorçularına qarşı əməliyyatlar fəal şəkildə davam etdiriləcək.

O qeyd edib ki, PKK ilə mübarizə Türkiyə üçün prioritetdir: "İraqın şimalında hərbi əməliyyatlar terrorçular tamamilə məhv edilənədək davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti