...

Meksikada ağır yol qəzası baş verib, çox sayda ölən və yaralananlar var

Dünya xəbərləri Materials 21 İyun 2018 06:14 (UTC +04:00)
Meksikanın Çyapas ştatında yük maşını bir neçə maşınla toqquşduqdan sonra Tustla-Qutyerres şəhəri yaxınlığında dirəyə çırpılıb
Meksikada ağır yol qəzası baş verib, çox sayda ölən və yaralananlar var

Bakı. Trend:

Meksikanın Çyapas ştatında yük maşını bir neçə maşınla toqquşduqdan sonra Tustla-Qutyerres şəhəri yaxınlığında dirəyə çırpılıb.

Trend-in məlumatına görə, qəza nəticəsində azı 7 nəfər həlak olub, 12 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Yük maşınının sürücü hadisə yerindən qaçmağa çalışıb, lakin polis əməkdaşları onu saxlayıb. Onun sözlərinə görə, yük maşınının əyləc sistemində problem yaşanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti