Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ olub

Dünya xəbərləri Materials 28 İyun 2018 22:51 (UTC +04:00)

Bakı. Trend:

Sakit okeanda Vanuatu sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Luqanvil şəhərindən 62 kilometr şimal-şərqdə, ocağı isə 122 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti