...

Mogerini Trampla Putin arasında baş tutacaq görüşü şərh edib

Dünya xəbərləri Materials 29 İyun 2018 04:18 (UTC +04:00)
Aİ müsbət nəticələrin əldə olunmasına yönələn dialoqu həmişə dəstəkləyir
Mogerini Trampla Putin arasında baş tutacaq görüşü şərh edib

Bakı. Trend:

Aİ müsbət nəticələrin əldə olunmasına yönələn dialoqu həmişə dəstəkləyir.

Trend-in məlumatına görə, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putinin baş tutacaq görüşünü şərh edərkən bildirib.

F.Mogerini deyib: "Biz danışıq və dialoqu daim dəstəkləyirik. Siz bilirsiniz ki, Avropa İttifaqı müsbət nəticələrin əldə olunmasına yönələn əməkdaşlığı və dialoqu həmişə dəstəkləyir".

Qeyd edək ki, ABŞ və Rusiya liderləri arasında görüş iyulun 16-sı Helsinkidə baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti