...

Qara dənizdə çimmək qadağan olundu - NİYƏ?

Dünya xəbərləri Materials 10 İyul 2018 11:08 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Anapa şəhər rəhbərliyi dəniz kənarında istirahət edənlərə Qara dənizdə çimməyi qadağan edib.

Trend-in məlumatına görə, bu qərara suyun temperaturunun aşağı olması səbəb olub.

Qeyd olunur ki, bölgədə çimərliklərdə suyun temperaturu 14-16 dərəcəyədək azalıb. Temperaturun yaxın bir həftə ərzində qalxa biləcəyi ehtimal olunur.

Qadağa iyulun 8-dən tətbiq olunub, amma qərarın müddəti barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti