Bakı. Trend:
Səudiyyə Ərəbistanı qadınlarla bağlı ölkədə daha bir qadağanı ləğv edib. Trend-in məlumatına görə, ölkə tarixində ilk dəfə olaraq Aviasiya Akademiyasına qızların qəbuluna icazə verilib.
Məlumata görə, qadağanın aradan qaldırılmasından dərhal sonra yüzlərlə qadın Səudiyyənin şərqindəki Əd-Damam şəhərində yerləşən akademiyaya qəbul olmaq üçün sənəd verib.
Qeyd edək ki, akademiyada pilotlarla yanaşı, təyyarələrin təmir olunması və naviqasiya sistemlərinin idarə olunması üçün mütəxəssislər hazırlanır.