...

Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

Dünya xəbərləri Materials 20 İyul 2018 11:18 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir.
Türkiyə Zap, Avaşin və Xakurkda əməliyyatlara başladı

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Hərbi Hava Qüvvələri (HHQ) İraqın şimalında PKK terror təşkilatına qarşı hərbi əməliyyatları davam etdirir. Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının bu gün yaydığı xəbərdə qeyd olunub.

Məlumatda qeyd olunur ki, terrorçuların məhv edilməsi üzrə havadan əməliyyatlar Zap, Avaşin və Xakurk rayonlarında aparılır.

Əməliyyatlar çərçivəsində məhv edilən terrorçuların dəqiq sayı barədə hələ məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti